Karyerasını Bolqarıstanın "Arda" klubunda davam etdirən Cəlal Hüseynovun legioner həyatı başa çatacaq.
Bizim.Media xəbər verir ki, U-21 yığmamızın kapitanı Bolqarıstandan ayrılaraq Azərbaycana qayıdır. Belə ki, o, "Kəpəz"in dəvətini qəbul edib.
Gəncə klubunun yeni baş məşqçisi Azər Bağırov onun komandaya cəlb olunmasını istəyib.
Rəhbərlik də buna razı olub. Hazırda tərəflər arasında son danışıqlar gedir. Əgər maliyyə məsələlərində problem yaranmasa, Hüseynov mövsümə "Kəpəz"də davam edəcək.
21 yaşlı müdafiəçi 2023-cü il iyulun 1-də "Arda" ilə üç illik müqavilə imzalamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media