Azərbaycan parataekvondo millisi Paralimpiadada ikinci yeri tutdu

Azərbaycan parataekvondo millisi Paralimpiadada ikinci yeri tutdu

Hazırda oxunan: Azərbaycan parataekvondo millisi Paralimpiadada ikinci yeri tutdu

209518

Kişi parataekvondoçulardan ibarət Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında ikinci yeri tutub.

Bizim.Media xəbər verir ki, turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal əldə ediblər.

İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib.

Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb.

Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO