Premyer Liqa: "Qarabağ" "Zirə"nin qonağı OLACAQ

Premyer Liqa: "Qarabağ" "Zirə"nin qonağı OLACAQ

Hazırda oxunan: Premyer Liqa: "Qarabağ" "Zirə"nin qonağı OLACAQ

209349

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq. 

Bizim.Media xəbər verir ki, sonuncu oyunda "Zirə" son çempion "Qarabağ"ı qəbul edəcək. 

Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək qarşılaşma saat 20:45-də start götürəcək. Digər rəqiblərinə nisbətən çempionatda bir matç az keçirən komandalar 6 xalla 4-5-ci yerləri bölüşdürürlər. 

Azərbaycan Premyer Liqası 

V tur 

1 sentyabr 

20:45. “Zirə”– “Qarabağ” 

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev. 

VAR: Tural Qurbanov. 

AVAR: Teymur Teymurov. 

Hakim-inspektor: Ömər Paşayev. 

AFFA nümayəndəsi: Erkin Hüseynov. 

Zirə İdman Kompleksinin stadionu 

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Sabah" səfərdə "Kəpəz"i (3:2), "Araz-Naxçıvan" "Sumqayıt"ı (1:0), "Turan Tovuz" isə evdə "Səbail"i (1:0) məğlub edib. "Şamaxı" - "Neftçi" görüşündə hesab açılmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO