Daha bir cüdoçumuz dünya ÇEMPİONU OLDU

Daha bir cüdoçumuz dünya ÇEMPİONU OLDU

Hazırda oxunan: Daha bir cüdoçumuz dünya ÇEMPİONU OLDU

209212

Perunun paytaxtı Limada yeniyetmə cüdoçular arasında dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, növbəti günündə Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxıb.

Onlardan 73 kq çəki dərəcəsində mübarizə aparan Cəsur ibadlı bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

81 kq-da yarışan Mehdi Abbasov isə 1/8 finalda İlya Simonova (AİN) uduzub. Onun rəqibi finala yüksəldiyindən Mehdi təsəlliverici döyüşə qatılıb. Litvalı Tajus Babayçenkoya qalib gələn Abbasov bürünc görüşünə çıxıb. O, Kenzo Kremersə (Belçika) qalib gələrək, fəxri kürsünün 3-cü pilləsində yer alıb.

Əli Qazımmmədov isə ilk görüşdə Jatin Jatinə (Hindistan) qalib gəlsə də, növbəti döyüşdə mübarzəni dayandırıb. O, belçikalı Kenzo Kremersə uduzub.

Qeyd edək ki, dünya çempionatına Nihad Məmişov (55 kq) qızıl, Məhəmmədəli Hüsiyev (50 kq) isə bürünc medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO