“Turan Tovuz” “Səbail”ə qalib gəldi - VİDEO

“Turan Tovuz” “Səbail”ə qalib gəldi - VİDEO

Hazırda oxunan: “Turan Tovuz” “Səbail”ə qalib gəldi - VİDEO

209164

Bu gün Misli Premyer Liqasında 5-ci tura start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun “Turan Tovuz”la “Səbail” arasında baş tutub. 

Tovuzda keçirilən oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Bu gün “Sumqayıt” da doğma meydanda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. 

“Şamaxı” – “Neftçi” və “Kəpəz” – “Sabah” matçları sabah keçiriləcək. Tura sentyabrın 1-də baş tutacaq “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası

5-ci tur

30 avqust

“Turan Tovuz” – “Səbail” 1:0

Qol: Alexandro Serrano, 33.

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Cəmil Quliyev, Rəvan Həmzəzadə

Tovuz şəhər stadionu, 17:45.

Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza.

Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 20. İbrahim Ramazanov, 9. Kristian da Silva, 6. Araş Qaderi, 11. Ayxan Hüseynov.

Baş məşqçi: Kurban Berdiyev.

Səbail: 1. Hüseynəli Quliyev, 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 8. Qorka Larruçea, 44. Amir Bilali, 3. Dmitro Litvin, 5. Gitay Sofir, 14. Suleyman Alluş.

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 17. Gülağa Əsədov, 10. David Qomis, 7. Madi Keta.

Baş məşqçi: Şahin Diniyev.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO