Qurban Qurbanov: Püşkatmanın nəticəsindən razı qaldım

Qurban Qurbanov: Püşkatmanın nəticəsindən razı qaldım

Hazırda oxunan: Qurban Qurbanov: Püşkatmanın nəticəsindən razı qaldım

209142

“Bütün rəqiblərimiz ciddi komandalardır. Qarşıdakı matçlara hazırlaşacaq, komandanı daha sağlam və hazır etməyə çalışacağıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib. 

Təcrübəli mütəxəssis yeni formatda keçiriləcək mərhələ barədə fikirlərini bölüşüb:

“İlk dəfə yeni formatda keçirilən turnirdə iştirak edəcəyik. Əsas mərhələdə komanda sayı da artırılıb. Hər iştirakçı Avropa Liqasında minimum 8 oyun keçirəcək. Bu, heç də az deyil. Rəqiblərimiz arasında həm “Böyük beşlik” təmsilçiləri, həm tanış komandalar var. İlk dəfə qarşılaşacağımız rəqiblər də azarkeşlər üçün maraqlı olacaq. Liqa mərhələsinin startına qədər vaxtımız var. Bütün rəqibləri yaxından tanıdıqdan, tam analiz etdikdən sonra ətraflı fikir bildirmək mümkündür. Daha diqqətli və ciddi olmalıyıq. Hər bir rəqibə qarşı yalnız bir matç keçirəcəyik. Ona görə də xüsusilə ev görüşlərinə daha diqqətli yanaşmalıyıq”. 

Baş məşqçi püşkün nəticəsindən razı qaldığını qeyd edib:
 

“İndi demək olar ki, əksər rəqiblər arasında bir o qədər fərq yoxdur. İstənilən komanda hər bir rəqiblə matçda istədiyi nəticəni əldə edə bilər. Azarkeşlərimizə yaxşı, maraqlı futbol arzulayıram. Çalışacağıq ki, oyunlarımızdan zövq alsınlar. Onlarla böyük futbolda görüşəcəyik”. 


Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində evdə "Ayaks" (Niderland), "Lion" (Fransa), "Malmö" (İsveç), “Styaua” (Rumıniya), səfərdə isə "Tottenhem" (İngiltərə), "Olimpiakos"(Yunanıstan), "Bodo Qlimt" (Norveç) və "Elfsborq"la (İsveç) qarşılaşacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO