Rusiya Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyevi axtarışa verdi – VİDEO

Rusiya Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyevi axtarışa verdi – VİDEO

Hazırda oxunan: Rusiya Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyevi axtarışa verdi – VİDEO

209103

Rusiyada “Lokomotiv”in və Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyevə qarşı cinayət işi açılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. 

Belə ki, bundan əvvəl Əliyev sosial şəbəkədə paylaşdığı videoda Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində dinc sakinləri öldürməyə çağırıb. 
 

A.Əliyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (terror fəaliyyətinə açıq çağırışlar) maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir. Onun axtarışa verildiyi bildirilib. 


Qeyd edək ki, Aleksandr Əliyev Rusiyanın Xabarovsk şəhərində doğulub və 12 yaşına kimi Rusiyada yaşayıb. Atası hərbi pilot, anası isə Kurskdandır. Bundan əlavə, məlumatlara görə, Əliyevin bəzi qohumları hələ də Kurskda yaşayır. Onun Rusiya vətəndaşlığı da mövcuddur. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO