Azərbaycan parataekvondoçusu tarixə düşüb

Azərbaycan parataekvondoçusu tarixə düşüb

Hazırda oxunan: Azərbaycan parataekvondoçusu tarixə düşüb

209091

Parataekvondoçu Sabir Zeynalov Azərbaycanın paralimpiya tarixinə düşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Taekvondo Federasiyasından məlumat verilib. 

Bildirilib ki, 58 kq çəkidə mübarizə aparan 19 yaşlı idmançı buna Paris-2024 Yay Paralimpiya Oyunlarında fəxri kürsüyə yüksəlməklə nail olub. 
 

K44 kateqoriyasında mübarizə aparan Zeynalov paralimpiadanı bürünc medalla bitirib. Bunadək isə dördilliyin ən böyük yarışında heç bir Azərbaycan parataekvondoçusu fərqlənməmişdi. S.Zeynalov oyunlarda ilk dəfə mükafatçılar sırasına düşüb. 


Qeyd edək ki, Azərbaycanı Fransa paytaxtında 3 parataekvondoçu təmsil edir. Paris-2024 Yay Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO