Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunları üçün 15 hakim sırasına daxil edilib.
Milli Karate Federasiyasından (AMKF) Bizim.Media-ya verilən məlumata görə, azərbaycanlı beynəlxalq hakimin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi belə qərara gəlib.
Babayev AMKF Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, "Əməkdar məşqçi", eləcə də "Qaraqaplan" klubunun məşqçilərindən biridir. 198 üzv ölkəyə malik WKF onu 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçib.
Təcrübəli referi həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub.
Bakı-2015 I Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:11 / 12.05.2021
Azərbaycanlı referi Tokio olimpiadasına dəvət aldı
Hazırda oxunan: Azərbaycanlı referi Tokio olimpiadasına dəvət aldı
Hazırda oxunan: Azərbaycanlı referi Tokio olimpiadasına dəvət aldı
20908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.