Məşhur basketbolçunun məktəbli forması rekord qiymətə SATILACAQ

Məşhur basketbolçunun məktəbli forması rekord qiymətə SATILACAQ

Hazırda oxunan: Məşhur basketbolçunun məktəbli forması rekord qiymətə SATILACAQ

209000

Məşhur amerikalı basketbolçu Lebron Ceymsin 2002-ci ildə “Sports Illustrated” jurnalının üzqabığı üçün təşkil edilən fotosessiyasında geyindiyi mayka sentyabrda Honq-Konqda baş tutacaq “Legends In Motion” hərracının əsas subyekti olacaq.

Bizim.Media xəbər verir ki, formanı Lebron Sent Vinsent kollecində oynayarkən geyinirdi.

Oyun formasının 1-2 milyon dollara satılacağı təxmin edilir. Bu da hərracda satılan orta məktəb basketbol forması üçün yeni dünya rekordunu yeniləməlidir.

“Bu əfsanəvi forma Lebronun basketbol krallığına yüksəlişində mühüm məqamı təmsil edir və idman xatirələri kolleksiyaçıları, tarixçilər və azarkeşlər üçün arzuedilən əşyalarından biridir”, – deyə “Julien’s Auctions”ın baş direktoru Devid Qudman “Bleacher Report”a verdiyi açıqlamada bildirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO