Azərbaycanın üç paralimpiyaçısı “Paris-2024”də mübarizəyə başlayır

Azərbaycanın üç paralimpiyaçısı “Paris-2024”də mübarizəyə başlayır

Hazırda oxunan: Azərbaycanın üç paralimpiyaçısı “Paris-2024”də mübarizəyə başlayır

208907

Azərbaycan paralimpiyaçıları bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaqlar.

Bizim.Media xəbər verir ki, ilk yarış günündə üç idmançımız qüvvəsini sınayacaq.

Əvvəlcə paraüzgüçü Könül Süleymanova (S2 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə) çıxış edəcək.

Daha sonra parakamandan oxatma üzrə yığmanın üzvü Cahan Musayev hədəfi dəqiq nişan almağa çalışacaq.

Ardınca isə parataekvondoçu Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) dayanq üzərinə çıxacaq. O, mübarizəyə 1/4 finaldan qoşulacaq.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO