Parisdə bayrağımızı İmaməddin Xəlilov və Lamiyə Vəliyeva dalğalandırdı - FOTO/VİDEO

Parisdə bayrağımızı İmaməddin Xəlilov və Lamiyə Vəliyeva dalğalandırdı - FOTO/VİDEO

Hazırda oxunan: Parisdə bayrağımızı İmaməddin Xəlilov və Lamiyə Vəliyeva dalğalandırdı - FOTO/VİDEO

208883

“Paris-2024” Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Yelisey Çölləri prospektində start götürən tədbirə Konkord meydanında yekun vurulub.

Tədbirin gedişində paralimpiyaçıların paradı olub. Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar.

Açılış mərasimini 65 min tamaşaçı izləyib. 35 min tamaşaçı üçün ödənişli oturacaq yerləri quraşdırılıb. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyib.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək Paris Paralimpiadasında 7 növdə 18 idmançı ilə təmsil olunur.

 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO