Bu gün Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan qadın həndbolçular arasında beynəlxalq turnirə start verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının təşkil etdiyi yarışın ilk günündə iki oyun keçirilib.
Sentyabrın 1-dək davam edəcək turnirin açılış matçında “Kür”lə “Astana” üz-üzə gəlib. Gənclər və idman naziri Fərid Qayıbovla müavini Marina Vasilevanın da izlədiyi görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Qazaxıstan təmsilçisi 10 top fərqilə qalib gəlib.
“AHF Arena”da baş tutan ikinci matçda “Qarabağ” Özbəkistan millisi ilə görüşüb. Gərgin keçən qarşılaşma həndbolçularımızın əzmkar qələbəsi ilə bitib.
28 avqust
“Kür” - "Astana” (Qazaxıstan) - 26:36 (14:18)
“Qarabağ” - Özbəkistan millisi - 28:27 (12:17)
Qeyd edək ki, ilk oyun günündə “Azəryol” və “Alatau Arulary” (Qazaxıstan) komandaları istirahət edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media