UEFA “Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olmuş İsrailin “Makkabi” (Hayfa) klubunu cərimələyib.
Bizim.Media xəbər verir ki, Avropa futbol qurumu təmsilçimizin Hayfa təmsilçisi ilə Macarıstanda keçirilən ilk matçına hüququ qiymət verib.
İsrail klubu Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionundakı görüşdə azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 46 750 avro ödəməli olacaq.
Qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıdakı oyunun əlavə vaxtında 3:6 hesabı ilə uduzan “Sabah” penaltilər seriyasında (3:2) sevinən tərəf olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:18 / 28.08.2024
UEFA İsrail klubunu cəzalandırdı – “Sabah”la oyuna görə
Hazırda oxunan: UEFA İsrail klubunu cəzalandırdı – “Sabah”la oyuna görə
Hazırda oxunan: UEFA İsrail klubunu cəzalandırdı – “Sabah”la oyuna görə
208866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.