“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı - VİDEO

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı - VİDEO

Hazırda oxunan: “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı - VİDEO

208861

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ" - "Dinamo" matçının start HEYƏTLƏRİ


Qarşılaşmada "Dinamo" 2:0 hesabı ilə qalib gəlib. Bu komadalar arasında ilk matçda Zaqreb klubu 3:0 hesablı qələbə qazanmışdı. 

Nəticədə "Qarabağ" ümumilikdə 0:5 hesabı ilə uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Azərbaycan təmsilçisi yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək. Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirak edəcək. 

Qeyd edək ki, bu, Ağdam klubunun ÇL-in pley-off mərhələsində 3-cü iştirakı olub. 2017/18 mövsümündə komanda qrup mərhələsinə düşə bilib. "Qarabağ" 2022/23 mövsümündə isə pley-off mərhələsini adlaya bilməyib.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları 

28 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2 

Qollar: Marko Pyaça, 33 (0:1), Mateus Silva, 54-avtoqol (0:2)

Qırmızı vərəqə: Kevin Medina, 88 ("Qarabağ", ikinci sarı vərəqə)

Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)

VAR: Stüart Attvell

İlk oyun - 0:3





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO