Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək

Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək

Hazırda oxunan: Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək

208857

Azərbaycan gimnastları Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək “Plovdiv Cup” beynəlxalq turnirində iştirak edəcəklər. 

Bizim.Media xəbər verir ki, məşqçi Marian Kolevin rəhbərliyi altında aerobika gimnastikası üzrə böyüklərdən ibarət komandanın heyətində Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlüklər arasında mübarizə aparacaqlar. 

Mədinə Mustafayeva, Vladimir Dolmatov, Dilarə Qurbanova, həmçinin Xədicə Quliyeva, Leyla Bejanova və Arzu Ağayeva isə “üçlüklər”də öz bacarıqlarını nümayiş etdirəcəklər. 

Adıçəkilən gimnastlar fərdi çıxışlarda da qüvvələrini sınayacaqlar. Yarışda ölkəmizi hakim qismində Lalə Hüseynova təmsil edəcək. Turnir avqustun 30-dan sentyabrın 1-dək keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO