"Qarabağ" üçün “ağır döyüş” BAŞLADI - VİDEO

"Qarabağ" üçün “ağır döyüş” BAŞLADI - VİDEO

Hazırda oxunan: "Qarabağ" üçün “ağır döyüş” BAŞLADI - VİDEO

208849

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxır.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşır.
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ" - "Dinamo" matçının start HEYƏTLƏRİ


Görüş saat 20:45-də başlayıb. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edir. Oyunu stadiondan 30 minədək azarkeş izləyir.

Bu komadalar arasında ilk matçda "Dinamo" 3:0 hesabı ilə qalib gəlib. 

"Qarabağ" ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirakı təmin edib.

Qeyd edək ki, bu, Ağdam klubunun ÇL-in pley-off mərhələsində üçüncü iştirakıdır. 2017/18 mövsümündə komanda qrup mərhələsinə düşə bilib. 2022/23 mövsümündə pley-off mərhələsini adlaya bilməyiblər.

"Qarabağ" Çempionlar Liqasında mərhələni keçmək üçün isə bu gün "Dinamo"ya 4 top fərqi ilə qalib gəlməlidir. 

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları 

28 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:0 (Birinci hissə)

Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)

VAR: Stüart Attvell

İlk oyun - 0:3



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO