"Dinamo"nun 3 müdafiəçisi "Qarabağ"a qarşı oynaya BİLMƏYƏCƏK

"Dinamo"nun 3 müdafiəçisi "Qarabağ"a qarşı oynaya BİLMƏYƏCƏK

Hazırda oxunan: "Dinamo"nun 3 müdafiəçisi "Qarabağ"a qarşı oynaya BİLMƏYƏCƏK

208836

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"ın qonağı olacaq "Dinamo" (Xorvatiya) oyuna itkilərlə çıxacaq.

Bizim.Media Xorvatiyanın "Vecernji" nəşrinə istinadən xəbər verir ki, Zaqreb klubunun üç futbolçusu bugünkü matçı buraxacaq.

Bunlar Stefan Ristovski, Mauro Perkoviç və Dina Periçdir. Hər üç futbolçu müdafiəçidir.

Həmçinin, albaniyalı yarımmüdafiəçi Ariyan Ademinin də "Qarabağ"la görüşə hazır olması sual altındadır.

Qeyd edək ki, bu gün Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo"  oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrebdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO