UEFA "Sumqayıt" klubunu CƏRİMƏLƏDİ

UEFA "Sumqayıt" klubunu CƏRİMƏLƏDİ

Hazırda oxunan: UEFA "Sumqayıt" klubunu CƏRİMƏLƏDİ

208754

UEFA "Sumqayıt" klubunu cərimələyib.

Bizim.Media xəbər verir ki, buna səbəb komandanın evdə Macarıstanın "Fehervar" kollektivinə uduzduğu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması olub.

"Gənclik şəhəri" təmsilçisi 5 250 avro ziyana düşüb.

Avropa futbol qurumu beş futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun baş məşqçisi olduğu kollektivə xəbərdarlıq da edib.

Qeyd edək ki, görüş "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO