Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi KEÇİRİLƏCƏK

Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi KEÇİRİLƏCƏK

Hazırda oxunan: Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi KEÇİRİLƏCƏK

208735

Bu gün Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutacaq.

Bizim.Media xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Mərasimdə Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva daşıyacaqlar.

Ölkəmiz turnirdə 7 növdə 19 idmançı ilə təmsil olunacaq. Bunlar parataekvondoçular Röyalə Fətəliyeva (52 kq), Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq), paraüzgüçülər Könül Süleymaənova, Raman Saley, Vəli İsrafilov, paracüdoçular Dürsədəf Kərimova (+70 kq), Xatirə İsmiyeva (+70 kq), İlham Zəkiyev (+90 kq), paraatletlər Rüfət Rəfiyev, Oloxan Musayev (hər ikisi nüv itələmə), Səid Nəcəfzadə, Orxan Aslanov (hər ikisi uzunluğa tullanma), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış), paraatıcılar Kamran Zeynalov, Aybəniz Babayeva, parakamandan oxatmada mübarizə aparan Cahan Musayev və parapauerliftinqçi Ceyhun Mahmudovdur (54 kq).

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO