“Paris-2024”: Azərbaycan paralimpiyaçılarının yarışlarının təqvimi

“Paris-2024”: Azərbaycan paralimpiyaçılarının yarışlarının təqvimi

Hazırda oxunan: “Paris-2024”: Azərbaycan paralimpiyaçılarının yarışlarının təqvimi

208614

Avqustun 28-də Fransada "Paris-2024" Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. 

Bizim.Media xəbər verir ki, Oyunlarda idman yarışları isə bir gün sonra - avqustun 29-da start götürəcək. 

Azərbaycan sentyabrın 8-dək davam edəcək Paralimpiadada 7 növ üzrə ümumilikdə 19 idmançı ilə təmsil olunacaq. 

Paralimpiyaçılarımızın yarışlarının təqvimini təqdim edirik: 

29 avqust 

Parataekvondo 

Röyalə Fətəliyeva (K44 kateqoriyası, 52 kiloqram) 

Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) 

Təsnifat: 12:00-16:30 

Final: 19:00-23:30 

Paraüzgüçülük 

Könül Süleymanova (S2 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə) 

Təsnifat: 12:26 

Final: 20:10 

Parakamandan oxatma 

Cahan Musayev 

Təsnifat: 15:00 

30 avqust 

Parataekvondo 

İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) 

Təsnifat: 11:30-17:30 

Final: 19:00-00:30 

Paraatıcılıq 

Kamran Zeynalov (P1 kateqoriyası, 10 metr məsafəyə atəş açma) 

Təsnifat: 13:15 

Final: 16:00 

Paraatletika 

Oloxan Musayev (F55 kateqoriyası, nüvə itələmə) 

21:05 

31 avqust 

Paraüzgüçülük 

Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə) 

Təsnifat: 11:30 

Final: 19:30 

Könül Süleymanova (S2 kateqoriyası, 50 metr məsafəyə arxası üstə üzmə) 

Təsnifat: 13:09 

Final: 21:50 

Parataekvondo 

Əbülfəz Abuzərli (K44 kateqoriyası, 80 kiloqram) 

Təsnifat: 12:00-16:30 

Final: 19:00-23:30 

Paraatıcılıq 

Aybəniz Babayeva (P2 kateqoriyası, 10 metr məsafəyə atəş açma) 

Təsnifat: 14:00 

Final: 16:45 

2 sentyabr 

Paraatletika 

Səid Nəcəfzadə (T12 kateqoriyası, uzunluğa tullanma) 

12:00 

Paraüzgüçülük 

Raman Saley (S13 kateqoriyası, 50 metr məsafəyə sərbəst üsulla üzmə) 

Təsnifat: 12:43 

Final: 20:41 

3 sentyabr 

Paraatletika 

Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) 

22:08 

4 sentyabr 

Paraüzgüçülük 

Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə sərbəst üsulla üzmə) 

Təsnifat: 11:30 

Final: 19:30 

Paraatıcılıq 

Kamran Zeynalov (P4 kateqoriyası, 50 metr məsafəyə atəş açma) 

Aybəniz Babayeva (P4 kateqoriyası, 50 metr məsafəyə atəş açma) 

Təsnifat: 11:30 

Final: 14:15 

Parapauerliftinq 

Ceyhun Mahmudov (54 kiloqram) 

20:35 

Paraatletika 

Rüfət Rəfiyev (F36 kateqoriyası, nüvə itələmə) 

23:10 

5 sentyabr 

Paraüzgüçülük 

Vəli İsrafilov (SB13 kateqoriyası, 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə) 

Təsnifat: 12:49 

Final: 21:01 

7 sentyabr 

Paraatletika 

Orxan Aslanov (T13 kateqoriyası, uzunluğa tullanma) 

12:00 

Lamiyə Vəliyeva (T13 kateqoriyası, 400 metr məsafəyə qaçış) 

12:22 

Paracüdo 

Dürsədəf Kərimova (J2 kateqoriyası, +70 kiloqram) 

Xatirə İsmiyeva (J1 kateqoriyası, +70 kiloqram) 

İlham Zəkiyev (J1 kateqoriyası, +90 kiloqram) 

Təsnifat: 11:30-14:12 

Final: 17:30-20:00 

Paraüzgüçülük 

Raman Saley (S12 kateqoriyası, 100 metr məsafəyə butterfly (kəpənək) üsulu ilə üzmə) 

Təsnifat: 12:49 

Final: 21:23 

Qeyd edək ki, yarışların başlama saatı Bakı vaxtı ilə göstərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO