"Qarabağ" "pley-off"da nə qədər gəlir əldə edəcək?

"Qarabağ" "pley-off"da nə qədər gəlir əldə edəcək?

Hazırda oxunan: "Qarabağ" "pley-off"da nə qədər gəlir əldə edəcək?

208606

"Qarabağ" sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Dinamo" ilə qarşılaşacaq.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu rəqibinə qarşı geridönüş etməyi bacarsa, həmin turnirin liqa mərhələsinə yüksələcək. Əks halda isə Avropa Liqasında liqa raundunda mübarizə aparacaq.

Bu liqada mübarizə aparacaq hər bir kluba UEFA 4.31 milyon avro ödəniş edəcək.

Hər qələbəyə görə verilən məbləğ 450 000 avrodur. Komandalar heç-heçəyə görə 150 000 avro qazanacaqlar.

Qeyd edək ki, "Qarabağ" avqust ayının 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Xorvatiyanın "Dinamo Zaqreb" klubunu qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO