“Dinamo”nun baş məşqçisi: “Qarabağ”ın hücum xətti çox güclüdür”

“Dinamo”nun baş məşqçisi: “Qarabağ”ın hücum xətti çox güclüdür”

Hazırda oxunan: “Dinamo”nun baş məşqçisi: “Qarabağ”ın hücum xətti çox güclüdür”

208538

“Bizi çətin hava şəraitində ağır oyun gözləyir”.

Bizim.Media xəbər verir ki, bunu Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının “Qarabağ”la pley-off mərhələsindəki cavab oyunu ərəfəsində fikirlərini açıqlayıb: “Belə havada işimiz nə qədər ağır olsa da, Çempionlar Liqasında mübarizəni davam etdirmək üçün meydana çıxacağıq. “Qarabağ” çox ciddi komandadır. Onlar nəyi bacardıqlarını ilk görüşdə də göstərdilər. Zaqrebdəki matçda bəzən bəxtimiz də gətirdi. Biz müdafiədə daha diqqətli olmalıyıq. Çünki rəqib ilk dəqiqələrdən sıxmağa başlayacaq”.

Bakı səfəri ərəfəsində açıqlama verən mütəxəssis hazırlığa da toxunub: “Bu matça normal qaydada, digər oyunlara olduğu kimi hazırlaşdıq. Son qarşılaşmanı nümunə götürdük. Biz rəqibi meydanda hiss etdik. Onların nəyə qadir olduğunu, nəyə ümid edə bildiyimizi başa düşürük.

“Qarabağ”ın hücumu müdafiə xəttindən çox güclüdür. Bu da bizim şansımızdır. Onlar böyük riskə gedəcək və biz əks-hücumda təhlükə yarada biləcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” matçı avqustun 28-də keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO