“Qarabağ” – “Dinamo” oyunu tanınmış hakimə tapşırıldı

“Qarabağ” – “Dinamo” oyunu tanınmış hakimə tapşırıldı

Hazırda oxunan: “Qarabağ” – “Dinamo” oyunu tanınmış hakimə tapşırıldı

208442

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, UEFA avqustun 28-də təşkil olunacaq görüşü İngiltərədən olan hakimlər briqadasına həvalə edib.
 

Matçın baş hakimi Maykl Oliver olacaq. Tanınmış referiyə xətt hakimləri Stüart Bert və Li Bets kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavana yerinə yetirəcək. VAR hakimi Stüart Attuell, onun köməkçisi Timoti Vud olacaq.


Hakimlər briqadasının işinə almaniyalı Peter Zippel qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə macarıstanlı Balaş Makray olacaq.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. İlk matçda “Qarabağ” rəqibinə 0:3 hesabı ilə uduzub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO