Millimiz Belçikaya UDUZDU

Millimiz Belçikaya UDUZDU

Hazırda oxunan: Millimiz Belçikaya UDUZDU

208247

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində ilk ev matçına çıxıb. 

Fərid Cəlalovun yetirmələri Belçika ilə üz-üzə gəlib. Avstriya səfərində 0:3 hesabı ilə uduzan voleybolçularımız bu dəfə də uğursuz çıxış ediblər. Görüş rəqib komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, seçmə mərhələnin qrup qalibləri və ən yaxşı nəticəyə malik beş ikinci yer sahibi final mərhələsinə yüksələcək.

Avropa çempionatının seçmə mərhələsi

24 avqust

18:00. Azərbaycan – Belçika - 0:3 (17:25, 12:25, 19:25)

Hakimlər: Darko Saviç (Serbiya), Yavuz Akdemir (Türkiyə)

GİN-nin Voleybol Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO