“Araz Naxçıvan” Çempionlar Lüqasında mübarizəni DAYANDIRDI

“Araz Naxçıvan” Çempionlar Lüqasında mübarizəni DAYANDIRDI

Hazırda oxunan: “Araz Naxçıvan” Çempionlar Lüqasında mübarizəni DAYANDIRDI

208244

UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün H qrupunda son oyununu keçirib.

Bizim.Media xəbər verir ki, təmsilçimiz İsveçin “Uddevalla” klubu ilə üz-üzə gəlib. 

Təşkilatçı ölkə komandası ilə “qırmızı-ağlar” buna qədər qrupda keçirdiyi hər iki matçı qələbə ilə başa vurmuşdu. Vurulan və buraxılan topların müsbət göstəricisinə görə çempionumuza görüşdə yenilməmək kifayət edirdi.

Qarşılaşmada hesabı meydan sahibləri açıb. Fasiləyə qədər Caique status-kvonu bərpa edib. İkinci hissəyə də meydan sahibi komanda qolla başlayıb. Furublad dubl edib. 37-ci dəqiqədə Kənan Manafov yenidən hesaba tarazlıq gətirib. Sona 3 dəqiqə qalmış rəqib daha 2 dəfə fərqlənib. Amadeunun qolu isə təsəlli olub. Yekunda məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.

UEFA Çempionlar Liqası. İlkin mərhələ

“Uddevalla” - “Araz – Naxçıvan” (1:1)  4:3

Qollar: Furublad: 4:05, 23:05, Azizi, 37:51, Zhubi, 39:18 // Caique, 16:17, K. Manafov, 36:39, Amadeu, 39:58

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO