"Qarabağ" - "Dinamo" oyununa nə qədər bilet satılıb? - FOTO

"Qarabağ" - "Dinamo" oyununa nə qədər bilet satılıb? - FOTO

Hazırda oxunan: "Qarabağ" - "Dinamo" oyununa nə qədər bilet satılıb? - FOTO

208216

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Dinamo" (Zaqreb) cavab oyununa bilet satışı davam edir.

Klubdan Bizim.Media-ya verilən məlumata görə, matça artıq 21 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir.  VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 28-i keçiriləcək "Qarabağ" - "Dinamo" görüşü saat 20:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Xorvatiya klubu 3:0 hesablı qələbə qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO