Xankəndidə bu idman növü üzrə MDB ölkələrinin çempionatı keçiriləcək

Xankəndidə bu idman növü üzrə MDB ölkələrinin çempionatı keçiriləcək

Hazırda oxunan: Xankəndidə bu idman növü üzrə MDB ölkələrinin çempionatı keçiriləcək

208173

“Ölkəmizdə bu idman növü üzrə yaxşı potensial mövcüddur”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev deyib.

O, bu idman növü üzrə bu gün start götürən ölkə birinciliyi və çempionatına münasibət bildirib: “Bu gün bizdə yetəri qədər gənclər kamandan oxatmaya maraq göstərirlər. Çempionatda iki paralimpiyaçımız da böyüklər arasında mübarizə aparacaq. İnanıram ki, yarış gərgin mübarizə keçəcək və idmançılarımız özlərini yaxşı tərəfdən göstərəcəklər”.

Quliyev federasiyasının gələcək planlarını da açıqlayıb: “Əsas məqsəd bu idman növünü yaşatmaq, inkişaf etdirmək, əlçatanlılığını təmin etməkdir. İdmançıların yaxşı nəticələr göstərməsi üçün şərait yaratmaq bizim üçün vacibdir. Bu gün kamandan oxatmada təşkilatlanma baxımından vəziyyət bəlkə də çox yaxşı səviyyədə deyil. Amma çalışacağıq ki, yaxın müddətdə klubların sayı artsın. Yeni klublar yaradılsın. Bu gün əsas təşkilatma Bakıda var. Lakin gələcəkdə regionlarda da müvafiq infrastrukturun yaradılmasını nəzərdə tuturuq. Gələn il MDB ölkələri arasında çempionatı ölkəmizdə keçirəcəyik. Artıq proqrama daxil edilib ki, bu yarış Xankəndi şəhərində baş tutacaq. Azad olunmuş Qarabağımızda bu idman növünün olması simvolikdir”.

Qeyd edək ki, Azərbaycan birinciliyi və çempionatı avqustun 25-dək davam edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO