Millimiz Belçika ilə qarşılaşır

Millimiz Belçika ilə qarşılaşır

Hazırda oxunan: Millimiz Belçika ilə qarşılaşır

208153

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində ilk ev matçına çıxacaq.

Fərid Cəlalovun yetirmələri Belçika ilə üz-üzə gələcək. Avstriya səfərində 0:3 hesabı ilə uduzan voleybolçularımız ilk xallarını qazanmaq üçün mübarizə aparacaq. Qeyd edək ki, seçmə mərhələnin qrup qalibləri və ən yaxşı nəticəyə malik beş ikinci yer sahibi final mərhələsinə yüksələcək.

Avropa çempionatının seçmə mərhələsi

24 avqust

18:00. Azərbaycan – Belçika

Hakimlər: Darko Saviç (Serbiya), Yavuz Akdemir (Türkiyə)

GİN-nin Voleybol Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO