Bakıda cüdo üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda cüdo üzrə beynəlxalq turnir keçiriləcək

Hazırda oxunan: Bakıda cüdo üzrə beynəlxalq turnir keçiriləcək

208066

Bakıda beynəlxalq cüdo turniri keçiriləcək. 

Bizim.Media xəbər verir ki, yarışın təşkilini Azərbaycan Cüdo Federasiyası açıqlayıb. IV İnkişaf kuboku oktyabrın 26-27-də baş tutacaq. 

Turnirə “Sərhədçi” İdman Kompleksi ev sahibliyi edəcək. Ölkəmizdə 23 ölkə təmsilçiləri mübarizə aparacaq. 

Türkiyə, Estoniya, Gürcüstan, Almaniya, Qazaxıstan, Latviya, Qırğızıstan, Niderland, Polşa, İsveç, Ukrayna, İtaliya, Moldova, Özbəkistan, İsveçrə, Sloveniya, İsrail, Xorvatiya, Slovakiya, Finlandiya, Kanada, İspaniya və Çexiyadan olan cüdoçular tatamiyə çıxacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO