UEFA "Qarabağ"ın rəqibinə azarkeşlərlə bağlı tətbiq etdiyi qadağanı ARADAN QALDIRDI

UEFA "Qarabağ"ın rəqibinə azarkeşlərlə bağlı tətbiq etdiyi qadağanı ARADAN QALDIRDI

Hazırda oxunan: UEFA "Qarabağ"ın rəqibinə azarkeşlərlə bağlı tətbiq etdiyi qadağanı ARADAN QALDIRDI

208010

UEFA "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Xorvatiyanın "Dinamo" klubuna azarkeşlərlə bağlı tətbiq etdiyi qadağanı aradan qaldırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Avropa futbol qurumu komandanın fanatlarına səfər matçlarına getməyə icazə verib. 

"Dinamo" isə öz növbəsində tərəfdarlara oyunlar zamanı qanun pozuntularına yol verməməyə çağırıb. 
 

Ölkə çempionu Bakıdakı cavab görüşündə bilet satışı ilə bağlı azarkeşləri məlumatlandıracağını bəyan edib. 


Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO