"Qarabağ" heyətini qanalı hücumçu ilə gücləndirir.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi xeyli müddətdir danışıqlar apardığı vingerlə ortaq məxrəcə gəlib.
23 yaşlı Emmanuel Addai "JMG Akademi"nin yetirməsidir. Yeni transfer səhər saatlarında Azərbaycana gəlib. Afrikalı cinah oyunçusu bu gün tibbi baxışdan keçəcək.
Qeyd edək ki, Azərbaycan çempionu bu yay 5 yeni müqavilə bağlayıb. Musa Qurbanlı "Yurdorden"dən (İsveç), Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"dan (Türkiyə) geri qayıdıb.
Sadiq Məmmədzadə "Səbail"dən, Fabiyan Buntiç "Vizela"dan (Portuqaliya) və Mateuş Koxalski "Stal"dan (Polşa) transfer olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media