"Bu gün rəqibdə hər şey alınırdı, bizdə heç nə alınmırdı” - Rəşad Sadıqov

"Bu gün rəqibdə hər şey alınırdı, bizdə heç nə alınmırdı” - Rəşad Sadıqov

Hazırda oxunan: "Bu gün rəqibdə hər şey alınırdı, bizdə heç nə alınmırdı” - Rəşad Sadıqov

207937

"Oyunu şərh etmək çətindir, ağırdır. Futbolda belə oyunlar olur. Rəqibdə hər şey alınır, səndə heç nə alınmır. Matç başlayandan bu ssenari ilə oyun getdi. Rəqib cərimə zərbəsini dəqiq yerinə yetirdi. Sonra gözlənilməz penalti, ilk hissənin son dəqiqələrində buraxdığımız qol... Artıq bundan sonra oyunu dəyişmək çətin idi. 6 qoldan 4-ü standart vəziyyətlərdən vurulub. Yenə deyirəm bu gün rəqibdə hər şey alınırdı, bizdə heç nə alınmırdı".

Bizim.Media xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsində Kipr "Omoniya"sı ilə səfərdə 0:6 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, bu gün "Omoniya"nın azarkeşləri qələbədə böyük pay sahibidirlər:

"Komandaya böyük dəstək var idi. "Bu, bizim üzərimizdə müəyyən basqı yaradırdı. Əslində ilk dəqiqələrdə bunun öhdəsindən gəlirdik. Bundan sonra gözlənilən o idi ki, oyun bərabərləşəcək.

Cərimə zərbəsindən sonra rəqib daha inamlı oynamağa başladı. Azarkeşlər daha çox dəstək olmağa başladılar. Basqının qarşısında bugünkü oyunla dayana bilməzdik. Əvvəlki matçlarda bu cür azarkeş dəstəyinə qarşı oynamamışdıq. Səviyyə olaraq "Omoniya"nı "Osiyek"lə eyni tutardım. Bəlkə "Omoniya" hücumda daha sürətli idi. Bu gün hər şey rəqib üçün uğurlu oldu. Bizim üçün isə tam əksinə. Belə olan halda bu cür acı məğlubiyyətlər qaçılmaz olur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO