“Fənərbağça” bu futbolçu üçün 11 milyon təklif edir

“Fənərbağça” bu futbolçu üçün 11 milyon təklif edir

Hazırda oxunan: “Fənərbağça” bu futbolçu üçün 11 milyon təklif edir

207770

"Fənərbağça" transfer çalışmalarını davam etdirir.

Bizim.Media "Takvim"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu dəfə "Boka Xuniors"dan oyunçu transfer edəcək. Söhbət Kristian Medinadan gedir.

"Fənərbağça" Argentina klubuna 22 yaşlı yarımmüdafiəçi 11 milyon avro təklif edib. "Boka Xuniors" isə qarşı tərəfdən 14 milyon avro təzminat istəyib.

Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.

Medina 2020-ci ildən "Boka Xuniors"da oynayır və onun müqavlə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. O, Argentina klubunun yetirməsidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO