Rəşad Sadıqov: “İstəyirik, şanslarımızı Bakıdakı oyuna saxlayaq”

Rəşad Sadıqov: “İstəyirik, şanslarımızı Bakıdakı oyuna saxlayaq”

Hazırda oxunan: Rəşad Sadıqov: “İstəyirik, şanslarımızı Bakıdakı oyuna saxlayaq”

207764

"Qarşıda bizi çox vacib və maraqlı oyun gözləyir. Artıq ayyarım, iki aydır ki, avrokuboklarda çıxış edirik. Sabah pley-off mərhələsinin ilk oyununda çıxış edəcəyik. "Omoniya" təcrübəli və keyfiyyətli komandadır. Azərbaycan futbol camiəsinə də tanış rəqibdir. İstər "Qarabağ", istərsə də, "Qəbələ" ilə oyunlardan bu komandanı xatırlayırıq. Son dönəmdə məşqçi heyətində dəyişiklik baş verib. Bir neçə yeni transferləri var ki, komandanın oyununda hiss olunur. Sabah azarkeşlər maraqlı və gərgin oyunun şahidi olacağıq".

Bizim.Media xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" ilə görüşöncəsi keçirilmiş mətbuat konfransında iştirak edib. O, sabahkı görüşlə bağlı danışıb.

- Bu mərhələdə psixoloji hazırlıq da vacibdir. Futbolçularla bu yöndə hansısa söhbətiniz olub?
 

- Mənim yerimdə kim olsaydı, bu yöndə öz işini görəcək. Futbolçularla müəyyən danışıqlar aparacaq. Şükür Allaha, futbolçular özləri də durumu dərk edirlər.Sabah bizi nə qədər vacib oyun gözlədiyini bilirik, başa düşürük. Pley-off birinci, ikinci və ya üçüncü mərhələnin oyunları, tarixi oyun kimi deyil, bir az fərqli hazırlaşırıq oyuna.


Bizi sabah sırf 90 dəqiqə maraqlandırır. Ki,rəqibə qarşı səfərdə uğurlu çıxış edək və şanslarımızı Bakıdakı oyuna saxlaya bilək. Cavab matçında öz doğma azarkeşlərimiz qarşısında istədiyimiz nəticəni əldə edək. Bu yöndə iş gedir. Allah qoysa, nəticəsini sabah və cavab oyununda görərik.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO