“Qarabağ”ın futbolçusu cəzalı duruma DÜŞDÜ

“Qarabağ”ın futbolçusu cəzalı duruma DÜŞDÜ

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu cəzalı duruma DÜŞDÜ

207659

“Qarabağ” daha bir futbolçusunun xidmətindən məhrum qalıb.

Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi Julio Romao UEFA Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə cavab oyununu buraxmalı olacaq.

Buna səbəb braziliyalı orta sahə oyunçusunun cəzalı duruma düşməsidir.

Belə ki, öncəki mərhələdə “Ludoqorets”lə hər iki qarşılaşmada sarı vərəqə alan 26 yaşlı futbolçu “Dinamo” ilə Xorvatiyadakı matçda da eyni halla üzləşib. Beləliklə, ÇL-in cari mövsümündə passivindəki sarı vərəqə sayını 3-ə çatdıran Romao cəzalı duruma düşüb.

Qeyd edək ki, “Qarabağ”la “Dinamo” arasında Bakıdakı oyun avqustun 28-də keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO