Çempionlar Liqası: "Qalatasaray" bu komandanın qonağı olacaq - AFİŞA

Çempionlar Liqası: "Qalatasaray" bu komandanın qonağı olacaq - AFİŞA

Hazırda oxunan: Çempionlar Liqası: "Qalatasaray" bu komandanın qonağı olacaq - AFİŞA

207631

Bu gün UEFA Çempionlar Liqasının ilk oyunları çərçivəsində "Yanq Boyz" "Qalatasaray"ı qəbul edəcək.

Bizim.Media xəbər verir ki, Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə keçiriləcək görüşdən sərfəli nəticə ilə dönmək niyyətindədir.

Hər iki komandanın heyətində itkilərin olması baş məşqçilərin işlərini korlaya bilər.

Meydan sahiblərindən Benito, Konte, Canko zədə üzündən görüşü buraxmalı olacaq. Qonaqlardan isə Kaan Ayhan, Davinson Sançes zədə, Barış Alper Yılmaz isə cəza üzündən komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, gecənin digər görüşlərində "Dinamo Kiyev" "Zalsburq"u, "Malmö" "Sparta Praqa"nı, "Midtyulland" isə "Slovan Bratislava"nı qəbul edəcək.

Qeyd edək ki, görüşü Daniel Siebertin başçılıq etdiyi almaniyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

21 avqust

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

Saat 23:00, "Yanq Boyz" - "Qalatasaray"

Saat 23:00, "Dinamo Kiyev" - "Zalsburq"

Saat 23:00, "Malmö" - "Sparta Praqa"

Saat 23:00, "Midtyulland" - "Slovan Bratislava"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO