Tahir Gözəl Azərbaycanın Xorvatiyadakı səfiri ilə görüşdü

Tahir Gözəl Azərbaycanın Xorvatiyadakı səfiri ilə görüşdü

Hazırda oxunan: Tahir Gözəl Azərbaycanın Xorvatiyadakı səfiri ilə görüşdü

207613

"Qarabağ"ın prezidenti Tahir Gözel Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanovla görüşüb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Azərbaycanın Xorvatiyadakı səfirliyində keçirilib.

Anar İmanovun dəvəti ilə gerçəkləşən görüş Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçı ərəfəsində təşkil olunub.

"Qarabağ"ın Xorvatiya səfərində də komandanı tək qoymayan Tahir Gözel səfirə səmimi dəvətə və qəbula görə təşəkkür edib. 

Görüş zamanı “Qarabağ”ın uğurları, klubumun artıq bir brendə çevrilməsi və bütün dünyanın "Qarabağ"la, onun tarixi ilə maraqlanması barədə danışılıb. Anar İmanov komandaya uğurlar arzulayıb və oyunu stadiondan izləyəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO