İlkay Gündoğan "Mançester Siti"yə geri QAYIDACAQ

İlkay Gündoğan "Mançester Siti"yə geri QAYIDACAQ

Hazırda oxunan: İlkay Gündoğan "Mançester Siti"yə geri QAYIDACAQ

207507

İspaniyanın "Barselona" klubunun futbolçusu İlkay Gündoğan karyerasını yenidən İngiltərə təmsilçisi "Mançester Siti"də davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçinin komandaya qayıtmasına razılıq verib.

Artıq tərəflər arasında ilkin danışıqlar da gerçəkləşib. Gündoğanı Səudiyyə Ərəbistanı və Qətər təmsilçiləri də heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, İlkay Gündoğan 2016-2023-cü illər aralığında "Mançester Siti"nin formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO