Qurban Qurbanov: “Dinamo”ya qarşı “Ludoqorets”lə matçdan daha diqqətli olmalıyıq

Qurban Qurbanov: “Dinamo”ya qarşı “Ludoqorets”lə matçdan daha diqqətli olmalıyıq

Hazırda oxunan: Qurban Qurbanov: “Dinamo”ya qarşı “Ludoqorets”lə matçdan daha diqqətli olmalıyıq

207499

"Qarabağ" Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah səfərdə "Dinamo"nun qonağı olacaq. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib: 

"Dinamo"nun çox yaxşı azarkeşləri var. Belə stadionda, bu cür azarkeşlərin qarşısında oynamaq çox xoş olacaq. Vacib oyundur. İstəyimiz çoxdur. Üçüncü dəfədir Çempionlar Liqasının qrupuna düşmək şansımız var. Bundan maksimum istifadə etmək istəyərdik. Futbolçularım oyuna hazırdır. Heyətdə bir neçə itkimiz var. Buna baxmayaraq, inanıram ki, futbolçularım intizamlı oynayacaqlar. Azarkeşlər üçün çox yaxşı oyun olacaq.

Baş məşqçi "Ludoqorets"lə "Dinamo" arasındakı fərqlərdən də söz açıb:

“Fərqli rəqiblərdir. Komandanın fiziki hazırlığı pis deyil. Elə mərhələdəyik ki, komanda özünü yaxşı hiss edir. Futbolçular hər oyunda daha yaxşı idman formasında olurlar. Hər mərhələni keçdikcə qarşımıza daha ciddi rəqib çıxır. Həm həyəcan, həm məsuliyyət çoxalır, hər rəqiblər daha çox ciddiyə alır. "Dinamo" daha təcrübəli komandadır, nəticə üçün maksimum oynamağı bacarırlar. Bu rəqibə qarşı oynamaq bizim üçün çox xoş və maraqlı olacaq. Sabahkı oyunda daha intizamlı olmalıyıq. Ola bilər ki, rəqib basqı yaratsın. Çünki, onların möhtəşəm azarkeş dəstəyi var. Bilirik ki, "Ludoqorets"lə matçdan daha diqqətli olmalıyıq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO