"Dinamo" "Ludoqorets"dən daha təcrübəlidir" - Qurban Qurbanov

"Dinamo" "Ludoqorets"dən daha təcrübəlidir" - Qurban Qurbanov

Hazırda oxunan: "Dinamo" "Ludoqorets"dən daha təcrübəlidir" - Qurban Qurbanov

207454

"Bu klubun böyük tarixi, çoxlu azarkeşləri var. Səfərdə olmasına baxmayaraq, belə bir stadionda, ab-havada oynamaq bizim üçün çox xoş olacaq".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində sabah "Dinamo" (Zaqreb) ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Q.Qurbanov qeyd edib ki, komandada itkilər olsa da, futbolçularının yaxşı oynayacağına inanır:

"Hər iki komanda üçün çox vacib oyundur. İstəyimiz çoxdur. Üçüncü dəfədir ki, əlimizə belə şans düşür. Çox istəyirik ki, bu şansdan maksimum istifadə edək. Futbolçularım bu oyuna hazırdır.
İtkilərimizin olmasına baxmayaraq, inanıram ki, sabah futbolçular meydanda nizamlı oyun quracaqlar. Ən azından azarkeşlər üçün çox yaxşı bir oyun olacağını düşünürəm".


Q.Qurbanov "Dinamo"nun 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları "Ludoqorets"dən (Bolqarıstan) daha təscrübəli komanda olduğunu da qeyd edib:

"Fərqli rəqiblərdir. Mən dəfərlərlə futbolçulara demişəm ki, hər mərhələ keçdikcə qarşımızda daha ciddi rəqib olur. Getdikcə rəqiblər də sənə ciddi yanaşır. "Dinamo" ilə "Ludoqorets" fərqli rəqiblərdir."Dinamo" daha təcrübəlidir. Nəticə üçün maksimum oynamağı bacaran bir rəqibdir. Ümid edək ki, bizim üçün də belə rəqibə qarşı oynamaq xoş olacaq. Sabah daha intimzalı və səliqəli oynamalıyıq. Ola bilər ki, bu rəqib daha böyük basqı yaratsın. Çünki daha böyük azarkeş dəstəy var. Komandamızın fiziki hazırlığı pis deyil. Elə bir mərhələdəyik ki, komanda oyundan-oyuna özünü daha yaxşı hiss edir".

Qeyd edək ki, sabah keçiriləcək “Dinamo” - “Qarabağ” görüşü Bakı vatı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO