“Kəpəz” braziliyalı futbolçu ilə ANLAŞDI

“Kəpəz” braziliyalı futbolçu ilə ANLAŞDI

Hazırda oxunan: “Kəpəz” braziliyalı futbolçu ilə ANLAŞDI

207416

“Kəpəz” növbəti turun “Səbail”ə qarşı oyununa yeni legionerlə çıxacaq. Bizim.Media xəbər verir ki, gəncəlilər Keverton Resende Markolino ilə ortaq məxrəcə gəlib.

Bizim.Media xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bir müddətdir komandanın düşərgəsinə gəlib.

Lakin onun transferini sənədlərinin yubanmasına görə indiyədək rəsmləşdirmək mümkün olmayıb. Nəhayət bu həftə keçid yekunlaşacaq və braziliyalı 1 illik müqavilə bağlayacaq.

Keverton Braziliyanın D seriyasında çıxış edən “Hersilio Luz”un şərəfini qoruyub. Ötən mövsüm 13 matçda şans qazanan oyunçu 1 məhsuldar ötürməylə yadda qalıb. Yarımmüdafiəçi karyerası ərzində “Audaks” və “Ponte Preta” kimi komandalarda çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO