Milli komandalarımız Avropa Kubokunda mübarizə aparacaq

Milli komandalarımız Avropa Kubokunda mübarizə aparacaq

Hazırda oxunan: Milli komandalarımız Avropa Kubokunda mübarizə aparacaq

207414

Azərbaycanın 3×3 basketbol üzrə kişi və qadınlardan ibarət milliləri Avropa Kubokunda çıxış edəcək.

Bizim.Media Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə ilk olaraq qadın millimiz start verəcək.

İspaniya və Avstriya yığmaları ilə qarşılaşacaq kollektiv qrupda ilk oyunu avqustun 22-də, Bakı vaxtı ilə saat 15:40-da İspaniyaya qarşı keçirəcək. Milli ikinci oyunda isə saat 19:15-də Avstriya ilə üz-üzə gələcək. Kişi millimizin qrupdakı rəqibləri Avstriya və Niderland seçmələri olacaq.

İlk oyun avqustun 23-də, Bakı vaxtı ilə saat 15:40-da Niderlanda, ikinci görüş isə 19:15-də Avstriyaya qarşı olacaq. Turnir avqustun 22-25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO