Acun İlıcalı “Fənərbaxça”nın prezidentini dəstəklədi: "Futbolumuzu birlikdə xilas edəcəyik"

Acun İlıcalı “Fənərbaxça”nın prezidentini dəstəklədi: "Futbolumuzu birlikdə xilas edəcəyik"

Hazırda oxunan: Acun İlıcalı “Fənərbaxça”nın prezidentini dəstəklədi: "Futbolumuzu birlikdə xilas edəcəyik"

207294

Türkiyəli iş adamı Acun Ilıcalı “Fənərbaxça” prezidenti Ali Koça butulka atılmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, meydanda yaşanmış xoşagəlməz hadisəni qınayıb.

“Futbol bir çox insan üçün xoşbəxtlik mənbəyidir. Futbolla məşğulam, amma “Fənərbaxça”da yeni vəzifə tutmuşam. Məqsədim futboldakı gərginliyi azaltmaqdır. Ümid edirəm ki, fənərbaxçalılarla səhvlərimizi düzəldərik”, - Ilıcalı söyləyib.
 

O, həmçinin qeyd edib ki, “Fənərbaxça”dakı uğurların səbəbi məhz Ali Koçdur: Türkiyəyə gələn ən uğurlu məşqçilər də uğur qazanacaq deyə bir şey yoxdur. Joze Mourinyonu gətirdiyimiz üçün bizə kubok verəcəklər? Sabah Ferdi Kadıoğlu, İsmail Yüksek, İrfan Can Kahveci kimi oyunçuları satsaq, 100 milyon avro qazanacağıq və bu heyəti təşkil edən ad Ali Koçdur. Ümid edirəm ki, Türkiyə futbolunu birlikdə xilas edəcəyik. Yaxşı günləri birlikdə görəcəyik”.


Qeyd edək ki, Türkiyə Superliqasının ikinci turu çərçivəsində keçirilən  “Göztəpə” – “Fənərbaxça”(2-2) matçında azarkeşlər klub prezidenti Ali Koça butulka ataraq onu yerə yıxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO