İlkay Gündoğan “Barselona”dan ayrılır

İlkay Gündoğan “Barselona”dan ayrılır

Hazırda oxunan: İlkay Gündoğan “Barselona”dan ayrılır

207225

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan komandadan ayrılmaq istədiyini ifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Mənbənin məlumatına görə, futbolçu Kataloniya klubunun rəhbərliyinə istəyini çatdırıb. Komanda futbolçu ilə yolları ayırmağın əleyhinə deyil. Elə bu səbəbdən onun adı dünən “Valensiya” ilə matçın iştirak ərizəsinə sallınmamışdı.

Xatırladaq ki, bir müddət əvvəl Gündoğanın Qətərin “Əl Sədd” klubuna keçə biləcəyi bildirilirdi.

Ötən mövsüm 33 yaşlı yarımmüdafiəçi “Barsa”nın heyətində bütün turnirlərdə 51 matçda iştirak edərək, 5 qol vurub, 14 məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO