Səudiyyə Ərəbistanı klubundan "Real Madrid"ə 100 milyon avroluq təklif

Səudiyyə Ərəbistanı klubundan "Real Madrid"ə 100 milyon avroluq təklif

Hazırda oxunan: Səudiyyə Ərəbistanı klubundan "Real Madrid"ə 100 milyon avroluq təklif

207200

Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu "Real Madrid"in 26 yaşlı mərkəz müdafiəçisi Eder Militaonun transferi üçün kral klubuna 100 milyon avro təklif edib.

Bizim.Media championat.com-a istinadən xəbər verir ki, ispan klubu artıq bu təklifdən imtina etmək qərarına gəlib.

Militaonun zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxmasına baxmayaraq, Madrid klubu onu müdafiənin əsas oyunçusu hesab edir.

Braziliyalı futbolçu 2019-cu ildən "Real Madrid"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 156 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO