"Neftçi" "Sabah"ı Zirədə qəbul edəcək - SƏBƏB

"Neftçi" "Sabah"ı Zirədə qəbul edəcək - SƏBƏB

Hazırda oxunan: "Neftçi" "Sabah"ı Zirədə qəbul edəcək - SƏBƏB

207169

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir görüşü keçiriləcək.

Bizim.Media xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq matçda "Neftçi" "Sabah"la qarşılaşacaq.

“Neftçi Arena”nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən "ağ-qaralar" rəqibini başqa stadionda qəbul edəcək.

Sözügedən matç saat 20:30-da başlayacaq.

Roman Qriqorçukun rəhbərlik etdiyi "Neftçi" ilk iki turda heç-heçəyə razılaşıb. UEFA Konfrans Liqasında mübarizəni başa vuran "bayquşlar" isə öncəki iki turda cəmi 1 xal toplayıb.

Qeyd edək ki, ötən gün III tur çərçivəsində "Turan Tovuz" "Kəpəz"ə 3:0, "Sumqayıt" isə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO