3/3 basketbol üzrə Dünya Seriyasının Bakı mərhələsi BAŞLADI

3/3 basketbol üzrə Dünya Seriyasının Bakı mərhələsi BAŞLADI

Hazırda oxunan: 3/3 basketbol üzrə Dünya Seriyasının Bakı mərhələsi BAŞLADI

207087

Bu gün basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsi start götürəcək.

Bizim.Media xəbər verir ki, iki gün davam edəcək turnirdə 16 komanda mübarizə aparacaq.

Azərbaycan yığması qrup mərhələsində iki görüşə çıxacaq. Yığmamız öncə “Düsseldorf ZOOS” klubu, ardınca təsnifat mərhələsinin A qrupunun qalibi ilə görüşəcək. Həmin “üçlük”də Ukrayna, “Maebaşi Flovliş” (Yaponiya), İrlandiya yer alıb. C qrupunda çıxış edəcək millimiz 1/4 finala iki vəsiqə üçün mübarizə aparacaq.

Qadın seriyası Bakı mərhələsi 17 avqust C qrupu 16:50. Azərbaycan – “Düsseldorf ZOOS” (Almaniya) 18:30. Azərbaycan – A1

Qeyd edək ki, mərhələnin həlledici oyunları sabah keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO