“Qarabağ” polşalı qapıçını “Dinamo” ilə oyun üçün sifariş etdi

“Qarabağ” polşalı qapıçını “Dinamo” ilə oyun üçün sifariş etdi

Hazırda oxunan: “Qarabağ” polşalı qapıçını “Dinamo” ilə oyun üçün sifariş etdi

207082

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin 24 nəfərlik siyahısında yeni transfer - qapıçı Mateuş Koxalski də yer alıb.

Qapıçılar: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 99. Mateuş Koxalski Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina Yarımmüdafiəçilər: 6. Julio Romao, 77. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 19. Redon Cica, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 66. Patrik Andrade Hücumçular: 17. Hamidu Keyta, 18. Juninyo, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə

Qeyd edək ki, "Qarabağ" və "Dinamo" arasında ilk oyun avqustun 20-də Xorvatiyada, cavab görüşü isə 28-də Bakıda keçiriləcək.

Rəşad Radfiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO