Misli Premyer Liqasının daha bir oyunu təxirə salınacaq.
Bizim.Media xəbər verir ki, “Zirə” “Araz-Naxçıvan”la bazar günün keçirməli olduğu matçı ertələmək üçün çalışır.
Artıq bu barədə muxtar respublika təmsilçisinə müraciət olunub. Razılıq əldə olunan kimi Peşəkar Futbol Liqasına məlumat verilıəcək.
Buna səbəb “Zirə”nin Konfrans Liqasının pley-off matçına yaxşı hazırlaşmasını təmin etməkdir. Avqustun 22-də Kiprdə “Omoniya” ilə üz-üzə gələcək “qartallar”, dünən “Osiyek”lə 120 dəqiqə mübarizə apardığından yorğun düşüb. Təbii ki, ölkə futbolunun qitə arenasında daha yaxşı təmsil olunması üçün naxçıvanlılar bu istəyə “yox” deməyəcək.
Xatırladaq ki, eyni səbəbdən “Qarabağ”ın da “Şamaxı” ilə matçı ertələnib. Bu isə o deməkdir ki, qarşıdakı turda cəmi 3 oyun baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media